Ehtiyatsızlıq polisin ölümünə səbəb oldu
DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.
Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.