DYP talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədilə qanvermə aksiyası keçirilib.
İdarədən ” turanın sesi ” nə verilən məlumata görə, aksiyada şəxsi heyət yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.
Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI