DYP qarlı hava ilə bağlı piyadalara müraciət edib
Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Müraciətdə deyilir:
“Əziz piyadalar:
– paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;
– yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;
– qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;
– çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;
– balaca və asta addımlar atın;
– pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;
– pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;
– yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;
– bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI