DYP Qaradağdakı qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qaradağdakı qəza ilə bağlı məlumat yayıb.

turaninsesi.az ”ın xəbərinə görə, məlumatda deyilir ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Arzu Paşaqızı