DİN: “Vüsal Qələndərov Binəqədi Dövlət Yol Polisi Şöbəsinə rəis təyin edilməyib”
Abşeron Dövlət Yol Polisi Şöbəsində baş inspektor vəzifəsində çalışan polis mayoru Vüsal Qələndərovun Binəqədi DYPŞ-yə rəis təyin edilməsi barədə məlumat doğru deyil.
“Turanın səsi ” in əldə etdiyi xəbərə görə, V.Qələndərov müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə inzibati təcrübə üzrə baş inspektor vəzifəsinə təyin edilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən təsdiqləyiblər.