DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

0

Daxili İşlər Nazirliyi (DİN) təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib.

Bu barədə DİN-dən “Turanın səsi ” nə bildirilib ki, bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü – iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.

“Odur ki, bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyərək anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”, – deyə DİN-dən qeyd edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir