DİN: “Saatlıda polis odlu silahdan istifadə etməyib” – YENİLƏNİB
Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.
“Turanın səsi ” in xəbərin görə, bunu medianın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:
“Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.
16:04
“Saatlıda polisin qanuni tələblərinə əməl etməyən bir qrup şəxs saxlanılıb”.
Bu barədə “turanın səsi ” DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər. Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdirmişlər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişlər.
Hazırda araşdırmalar aparılır.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI