DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə Neftçala rayonunda şagirdləri ilə görüşlər keçirilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Neftçala rayonunda yerləşən Heydər Əliyev mərkəzində, eləcə də rayon ərazisində yerləşən 9 təhsil ocağında IX-XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Görüşlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları təhsilə və sağlam həyat tərzinə təşviq etmək olub.
Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir