DİN-in mətbuat xidmətindən verilən məlumatlar (26.11.2023)
Novxanı qəsəbəsi sakini 2012-ci ildə vəfat edən babasından qalan silahı polisə təhvil verib
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis bölməsinə müraciət edən qəsəbə sakini 1998-ci il təvəllüdlü F.Namazov 2012-ci ildə dünyasını dəyişən babası R.Namazovdan qalan müvafiq səbədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib.
Son günlər bu sahədə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.
* * *
Füzuli rayonunda daha bir odlu silah polisə təhvil verilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.
* * *
Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.
Bu istiqamətdə tədbirlər davam edtirilir.
* * *
* * *
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI