DİN-in mətbuat xidmətindən verilən məlumatlar (23.11.2023)
Noyabrın 22-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.
*
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
*
❗Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Noyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 patron darağı, 23 ədəd avtomat sandığı, 520 ədəd müxtəlif çaplı patron və 21 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 7 ov tüfəngi aşkar edilərək götürülüb.
*
❗Paytaxtın Nərimanov rayonu ərazisində bir nəfərin içərisində 500 manat pulu və bank kartı olan cüzdanının oğurlanması və həmin bank kartından hesabındakı 211 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Nəsimi rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.
Araşdırma aparılır.
*
❗ Quba polisinə 1 ədəd sənədsiz silah təhvil verilib
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi” nə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbir zamanı polis əməkdaşları tərəfindən 1 ədəd “Bordanka” markalı yivli silah təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
*
❗Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 21-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Oğurluq
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ramana qəsəbəsində evlərin birindən 1500 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Seyidov saxlanılıb.
Araşdırma aparılır.
*
❗Füzuli rayon sakini odlu silahı polisə təhvil verib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ” Turanın səsi ” nəcverilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.
*
Cəlilabadda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının
ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Günəşli kəndinin ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar olunub.
Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin
271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
*
❗Saatlı rayon sakini odlu silahı polisə təhvil verib
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan”Turanın səsi “ nə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
*
❗Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə xəbərdarlıq edir!
SPECA sammiti ilə əlaqədar
2023-cü il noyabrın 23-25-də (cümə axşamı-şənbə) Bakıda əlamətdar hadisə – SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.
Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın sakinlərinə və qonaqlarına xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin
“Turanın səsi ” nə verdiyi məlumata görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində, eləcə də xarici və xarici vətəndaşların əsas marşrut xətlərində keçiriləcək. Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.
“Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar.
Qonaqların tədbir yerlərunə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, – deyə Araz Əsgərli vurğulayıb.
*
❗ Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 6 ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI