DİN-in mətbuat xidmətindən verilən məlumatlar (22.11.2023 )

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.
*
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
*
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 tapança, 3 qumbara, 7 patron darağı, 227 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 ov tüfəngi aşkar edilərək götürülüb.
*
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 9 müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
*

*
❗Oğurluq
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.
Araşdırma aparılır.
*
❗Oğurluq
Noyabrın 20-də metro stansiyasında bir nəfərin cibindən mobil telefonunun oğurlanması barədə Metropolitendə Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Almuradov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Oğurluq
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsində bir evdən 1700 manat pul və 3300 manat dəyərində məişət əşyaları, digər evdən isə 1400 manat dəyərində təmir alətləri və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Dünyamalı Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
*
Göyçayda 1 gündə vətəndaşlardan qanunsuz saxlanılan 8 odlu silah götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, son 1 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə vətəndaşlardan ümumilikdə 8 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 2-si tapança, 1-i yivli “TOZ-8”, 24-ü isə ov tüfəngi olmaqla ümumilikdə 27 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində həmin 27 silahdan 5-ini vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər.
Baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə zəruri əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.

*
Zərdabda çöllük ərazidən tapança tapılıb
Zərdab Rayon Polis Şöbəsinə rayonun Böyük Dəkkə kəndinin çöllük ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.


*
Şamaxı və Mingəçevirdə vətənd8aşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Şamaxı rayonunda 1, Mingəçevir şəhərində isə 2 ov tüfəngini vətəndaşlar könüllü polisə təhvil veriblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI