DİN-in mətbuat xidmətindən verilən məlumatlar (21.11.2023)

0

Şirvanda bir gün ərzində qanunsuz saxlanılan 19 ədəd ov silahı polis əməkdaşlarına təhvil verilib
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq ötən gün ərzində 19 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən edilib. Həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.
Bundan başqa keçirilən profilaktiki tədbirlərlə daha 2 ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *


DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 51 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

* * *
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcısı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və 31 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 1 patron darağı, 10 ədəd patron və 12 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

* * *


Oğurluq

Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


Oğurluq

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-də Biləcəri qəsəbəsi ərazisində bir nəfərin içərisində qızıl-zinət əşyaları və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Şirinov saxlanılıb.
Araşdırma aparılır.

* * *

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinləri arasında keçiridikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Belə ki, son iki gün ərzində qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən vətəndaşlardan 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, eləcə də 1 ədəd “AKMS” markalı avtomat, 1 ədəd həmin silaha məxsus daraq və 20 ədəd patron təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

* * *

İmişli sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

Biləsuvarda əl qumbaraları və “Kalaşnikov” avtomatları aşkarlanıb.

Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Köhnə Amankənd adlanan ərazisində silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 2 ədəd “F1” əl qumbarası, 2 ədəd “Kalaşnikov” avtomatı və 120 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 16 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını təhvil veriblər.
Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 101 ədəd müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

Zaqatalada rayon sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

* * *

Polis əməkdaşları Masazırda Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edib

Noyabrın 21-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.
Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir