DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (16.12.2023)

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Dekabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat, 2 qumbara, 5 ədəd patron darağı, 637 ədəd müxtəlif çaplı patron və 40 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat və 6 tüfəng götürülüb.

* * *

Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 183, o cümlədən borclu şəxs qismində axtarışda olan 145 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 44 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

* * *

Füzuli rayonunda tapılan daha bir avtomat silahı təhvil götürülüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahların aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı avtomat silahını polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.

* * *

DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Pirallahı rayon sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir nəfər qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Həmin şəxsin qeyd etdiyi ünvana baxəış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça, və 141 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

* * *

Mingəçevirdə 2-si avtomat olmaqla xeyli sayda silah-sursat aşkar edilib
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, son 2 gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq , 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

* * *

Göyçayda vətəndaşlardan odlu siıahlar götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,keçirilən əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

* * *

❗DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi “Vaz 21214” markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

* * *


Xaçmazda 3 ədəd sənədsiz silah polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində 3 ədəd tüfəng təhvil götürülüb.

* * *

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” nə daxil olan sorğuya cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ 21099 markalı avtomobilin yan güzgüsünə dəymiş daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir