DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (05.12.2023)


DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

* * *

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi” nə verilən məlumata görə, son iki gün ərzində rayon ərazisində aparılan tədbirlər nəticəsində bir nəfər Öyləqulu kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bundan əlavə, 3 nəfər rayon sakini isə qanunsuz olaraq saxladıqları odlu silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Dekabrın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 patron darağı, 36 ədəd müxtəlif çaplı patron və 22 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.

* * ⁴

Quldurluq

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də rayon ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş T.Mürsəlov müəyyən olunaraq saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

* * *

Füzulidə silah-sursat aşkar edilib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan”Turanın səsi ” nə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

* * *

❗Beyləqan rayonunda 4 ədəd odlu silah polisə təhvil verilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərinin mərhum ailə üzvlərinə məxsus 4 ov silahı polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

* * *

Qusarda avtomat və tapança tapılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi” nə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 1 ədəd “Makarov PM” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron darağı və 36 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Fakt üzrə Qusar RPŞ-də müvafiq araşdırma aparılır.

* * *

❗Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər zamanı 2 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir