DİN-in mətbuat xidmətindən verilən məlumatlar (04.12.2024)

0

2-3 dekabr tarixlərində ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

* * *

Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.
İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib. Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

*

* * *


Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 3 ədəd qumbara, 1 qumbara alışdırıcısı, 1 patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 2 tüfəng aşkar edilərək götürülüb.

* * *


Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qala qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən orada işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.

Araşdırmalarla onun noyabrın 5-də həmin sexdən “VAZ-2107” markalı digər avtomobili qaçırması da müəyyən olunub.

* * *


Oğurluq

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Puta qəsəbəsində ayrı-ayrı vaxtlarda iki evdən 2500 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *

İsmayıllıda oğurluq edən şəxs saxlanılıb
İsmayıllı rayonunun Talıstan kəndində yerləşən evlərin birindən 2500 manat pulun oğurllanması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulları xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

* * *

❗️ Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ictimai iaşə müəssisələrində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.

Tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.

* * *

❗️Paylaşmağınızı xahiş edirik.

Kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir. Özünüzü dələduzlardan qoruyun. Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir. DİN vətəndaşları ayıq-sayıq olub bu kimi detallara diqqət etməyə çağırır.

* * *

Lənkəran sakinlərindən “Kalaşnikov” avtomatı və 10 ədəd ov silahı təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən rayon sakinlərindən 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid 1 ədəd patron darağı, 17 ədəd patron və 10 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

*

* * *

Yasamalda bir nəfər tikinti işləri görən zaman tapdığı avtomatı polisə təhvil verdi, başqa bir şəxs isə “Makarov” markalı tapança satmaq istəyərkən saxlanıldı

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Şöbəsinə (PŞ) daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Mararov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 28-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal RPİ 28-ci PŞ-yə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib. Silah-sursat həmin şəxsdən götürülüb. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

* * *

Füzuli rayonunda polislər avtomat silahını təhvil götürüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanin səsi ” nə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahların aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı “AK-74” markalı avtomatı polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.

* * *

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində daha 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir