DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI