DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin media subyektlərinə və sosial şəbəkə fəallarına MÜRACİƏTİ

Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də bu sahədə icra olunan Dövlət Proqramında Yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması müəyyən edilib. Bu məqama televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən materialların hazırlanması zamanı da ciddi əməl olunmalıdır.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Lakin bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında təəssüf ki yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyaya nümayiş etdirildiyini şahidi oluruq. Təəssüf ki bu materialların heç bir əlavə şərh verilmədən yayımlandığını şahidi oluruq.

Belə audiovizual materiallar yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılmalara səbəb olur. Hətta onlarda analoji olaraq bu səhvlərə yol vermək arzusu yaradır. Eləcə də bu kimi neqativ təzahürlərin gənc və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.

Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu kimi halların yolverilməz olduğunu bir daha diqqətə çatdırırıq.

Bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırırıq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir