DƏHŞƏTLİ STATİSTİKA: Apreldə kartlardan yarım milyondan çox pulu oğurlanıb

Aprel ayı ərzində vətəndaşların bank kartlarından ümumən 581 min manatdan çox pul kiber üsullarla oğurlanıb.
Bu barədə “turaninsesi.az“-a məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olur.
Ən yüksək məbləğdə pulun oğlandığı gün aprelin 9-da qeydə alınıb. Həmin gün vətəndaşların bank kartlarından 87 min manatdan çox pul oğurlanıb.
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI