Daxili Qoşunların gənc əsgərləri and içdi
Noyabrın 5-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların andiçmə mərasimi keçirilib.
Tədbirdə daxili qoşunlar komandanının müavini – şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Əvvəlcə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri yad edilib, Dövlət Himni ifa olunub.
Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Tədbirdə çıxış edənlər əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI