Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Hazırda müşahidələr göstərir ki, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
01:16
Yolda sürüşmə ehtimalını nəzərə alsaq mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.
Paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı hələ də qalmaqdadır.
Hal-hazırda yollardakı vəziyyət:
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI