Baş DYP İdarəsinin moped sürücülərinə MÜRACİƏTİ

0

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə son vaxtlar əksər insanlar moped sürücülərindən şikayət edir.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Belə ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükısizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar.

Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda ölüm və xəsarətlə nəticələnə bilir.

Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, kobud qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir