Baş DYP İdarəsindən valideynlərə və sürücülərə müraciət.

Əziz valideynlər uşaqlarımızın yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi, həyatımızı həsr etdiyimiz doğmalarımızın bədbəxt hadisənin qurbanına çevrilməməsi üçün bir daha sizlərə müraciət edirik.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Azyaşlı övladlarınızı nəzarətsiz qoymayın. Onlara yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə zamanı ehtiyatlı olmaları barədə məlumatlandırın, yol hərəkəti qaydaları haqda bilik və vərdişlərin aşılanmasında fəal iştirak edin.

Eyni zamanda bütün sürücülərdən xahiş edirik ki, yollarda diqqətli olsunlar, nəzərə alsınlar ki, bir insanın xəsarət alması və ya həyatını itirməsi cəmiyyətimiz üçün çox böyük bir faciə olmaqla yanaşı, onu törədən şəxsin də ömürlük peşmançılıq yaşamasına səbəb olur.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09


 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir