Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Kortala kənd orta məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Tədbirdə müasir dövrün qorxulu bəlalarından olan “ağ ölüm” və onun fəsadları, səbəb olduğu faciələr barədə məktəblilərə ətraflı məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışılıb.
Sonda polis əməkdaşları mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI