Balakən Rayon polis şöbəsi “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib
Balakən rayonunun Poçtbinə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən ” turanın səsi ” nə verilən məlumata görə Narkotik vasitələrin fəsadları barədə yeniyetmə və gəncləri məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə polis əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov çıxışında narkotikdən istifadənin insan sağlamlığına vurduğu zərbələrdən, bütövlükdə bəşəriyyəti narahat edən “ağ ölüm” ilə mübarizənin vacibliyindən danışıb. Sağlam gəncliyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkil olunmasının zəruriliyini diqqətə çatdırıb.
Sonda məktəblilərin mövzu ilə bağlı fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI