Balakən Qəbələdə və Ağdaşda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

0

Balakən və Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb, Ağdaşda isə mülki silahın saxlanılması qaydalarını pozanlar müəyyən olunub.


Balakən, Qəbələ və Ağdaşda polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətində keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin, rayonun Mahamalar kəndi ərazisindən bir ədəd tüfəng tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində isə vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 9 ədəd müxtəlif markalı tüfənglər aşkarlanaraq götürülüb.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki nəfər rayon sakini müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir