Balakən polis şöbəsində yeni təyinat olub
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat bölməsinə yeni rəis təyin edilib.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ruslan Əsədov təyin olunub.
O, bu təyinata qədər Naftalan RPŞ-də təhqiqatçı vəzifəsində çalışıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI