Bakı-Salyan yolunun 29-cu km-də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

0

Bakı-Salyan yolunun 29-cu km-də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “turanın səsi ” nə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Məlumatda bildirilir ki, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, daha 1 nəfər qadın sərnişin və 1 azyaşlı uşaq isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir