Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə , bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

“Mercedes” markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Mercedes Sprinter” markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir