2 gündə kartlardan 40 minə yaxın pul oğurlanıb – DİN

0

“Cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəng edərək onların bank kartı məlumatlarını əldə edir və hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər”.

Bu barədə ” Turanın səsi ” nə DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsus kartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb:

“Bütün faktlar bir üsulla – şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dür. “Bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, – deməklə isə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyni məzmunludur”.

DİN-in rəsmisi müracətində qeyd edib ki, hesaba pul köçürülməsi niyyəti ilə qarşı tərəfə 16 rəqəmdan əlavə məlumatlar verilməməlidir:

“Əgər hər hansı cəbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsitinizi itirəcəksiniz”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir