Yer kürəsini gözləyən təhlükə: Azərbaycana necə təsir edəcək? 

0

Yer kürəsində yenidən güclü maqnit qasırğası müşahidə olunacaq. Son 24 saat ərzində doqquz günəş partlayışı qeydə alınıb. Qasırğanın gücü 3 baldan 4 bala qədər olacağı bildirilir. Axşama doğru onun gücünün 2 bala qədər azalacağı gözlənilir. 

Sözügedən proseslər son vaxtlarda tez-tez təkrarlanmağa başlayıb. Bəs Günəşdəki partlayışlar planetimizə necə təsir edir? Dünya əhalisini və Yer kürəsini hansı dəyişikliklər gözləyir? Bu barədə narahatlığa əsas varmı?

Turanın səsi ” xəbər verir ki , Günəşdəki partlayışların planetimizə mümkün təsirlərini şərh edən meteoroloq Cavid Hüseynov danışıb:

“Günəşin səthində güclü partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına (CME) səbəb olur. Həddindən artıq günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir.  Beləliklə, Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Yer atmosferinə böyük təsir göstərə bilən günəş ləkələrinin yüksək artımı zamanı ultrabənövşəyi şüalanma (UV) kəskin şəkildə artır. Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları elektrik, rabitə və naviqasiya sistemlərinin pozulmasına, peyk aparatlarının zədələnməsinə, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanların, yaşlıların və xroniki xəstələrin həssaslığının artmasına (insanlarda baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq və s. hallar)  səbəb ola bilir”.

Meteoroloq bildirir ki, Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil:

“Yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür. Proqnozlara görə 2024-cü ilin maksimum günəş aktivliyi ili olacağı təxmin edilir. Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğalarının may-iyun aylarında olacağı və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir