TƏBİB və DİN arasında yeni layihəyə start verilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Daxili İşlər Nazirliyinin (DİN) birgə əməkdaşlığı çərçivəsində polis orqanlarının əməkdaşları üçün “TƏBİB gələnə qədər” adlı layihə çərçivəsində ilkin yardım təlimlərinin keçirilməsinə başlanılıb.
Bu barədə “Turanın səsi ” nə TƏBİB – in mətbuat xidmətindən məlumat verilib.
Təlimin əsas məqsədi yol-nəqliyyat hadisələri zamanı təcili tibbi yardım briqadası gələnə qədər polis əməkdaşları tərəfindən zərərçəkənlərə ilkin yardımın göstərilməsi və baş verə biləcək ağırlaşma, ölüm risklərinin azaldılmasından ibarətdir.
Yeni Klinikada bu gün baş tutan açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev, Yeni Klinikanın direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəis müavini Şakir Məmmədov, Nazirliyin Tibb İdarəsinin rəis müavini Loğman Zeynalov, Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi Füzuli Allahverdiyev, Bakı şəhər Baş Polis İdarəsi Kadrlar İdarəsinin bölmə rəisi Əli Rüstəmov, digər struktur bölmə rəhbərləri, təlimçilər və b. iştirak edib.
Çıxışlar zamanı layihənin önəmindən və gələcək perspektivlərdən bəhs edilib. Təlimlərin sonunda kursu mənimsəmiş polis əməkdaşlarının sərbəst şəkildə ilkin yardım göstərə biləcəkləri vurğulanıb. İlkin mərhələdə təlimlərə 320 nəfərin cəlb olunduğu bildirilib. Qeyd edilib ki, təlimlərin davamlı olması nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, təlimlər hər qrup üçün 2 gün davam edəcək.
Peşəkar təlimçilər tərəfindən “Amerika Ürək Assosiasiyası”nın ürək-ağciyər reanimasiyası üzrə beynəlxalq protokollarına əsasən keçirilən təlimlər xüsusi mulyajlar üzərində tədris olunur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ