Suraxanı Tibb Mərkəzinin direktoru qəflətən ölüb
TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov vəfat edib.
“Turanın səsi ” in məlumatına görə, o, dünən axşam saatlarında kəskin ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, A.Məmmədov 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1979-1985-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə indiki Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər üzrə internatura təhsili alıb.
1987-1988-ci illərdə Bakı şəhərindəki Tibbi-Bədən Tərbiyəsi Dispanserində, 1988-1990-cı illərdə Sumqayıt şəhərindəki Dəri-Zöhrəvi Dispanserində həkim, 1990-1991-ci illərdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tibbi ekspert kimi fəaliyyət göstərib.
1991-2007-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-rentgenoloq kimi işləyib.
2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI