Sumqayıtdan Laçına avtobus reysi fəaliyyətə başlayır
Fevralın 23-dən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil ediləcək.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 manat müəyyən edilib.
Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 manat, Sumqayıt-Xankəndi üzrə 14,80 manat, Sumqayıt-Şuşa üzrə isə 15,20 manat müəyyən edilib.
Arzu Paşaqızı