SON DƏQİQƏ !! Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.
“turaninsesi.az” xəbər verir ki, müraciətdə yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacağı vurğulanıb:
“Mərkəzin əməkdaşları paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq.
Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Digər yerlərdə olduğu kimi, məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI