Siyavuş Novruzov: 2 uşağı olan orduya çağırılmamalıdır
2 uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir: “Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. 2 uşaq il yarım öz valideynini görmür”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI