“Sabunçu keçidi”ndə boğulan ikinci şəxsin cəsədi tapıldı
“Sabunçu keçidi”ndə batmış ikinci şəxsin də şəxsiyyəti müəyyənləşdirilib.
“turaninsesi.az” xəbər verir ki, bu, 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğludur.
Cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.
Xatırladaq ki, bundan əvvəl 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkarlanaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.