Sabiq Bulvar İdarəsi rəhbərinin ƏMLAKININ SİYAHISI

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük “əmlak imperiyası”​na sahib olduğu məlum olub.

12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.

turaninsesi.az” xəbər verir ki, dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısına aşağıdıdağılar daxildir: 

– Ağ şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində yeddi lüks mənzil;

– Ağ şəhərdə, Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715.3 m² olan böyük obyekt;

– Üzeyir Hacıbəyov və Neftçi Qurban Abbasov küçələrində üç mənzil;

– Şüvəlan qəsəbəsində biri 875.6 m² sahəyə malik olmaqla iki villa tipli bağ evi;

– Pirallahı rayonunda bağ evi;

– Xəzər və Qusar rayonlarında torpaq sahələri.

Bu əmlakın hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI