Şəhidin dul arvadı bu halda sosial ödəniş ala bilməyəcək
Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.
“turaninsesi.az” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb. Qərara əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlərin ödənilməsi dayandırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI