Şəhidin anası vəfat edib
Vətən müharibəsi şəhidi Manaf Bəhmənlinin anası vəfat edib.
“Turanın səsi” Unikal” -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Şəhid anası Suray Bəhmənova onkoloji xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Manaf Bəhmənli 2020-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini bitirərək hərbi xidmətə yollanıb. Həmin il sentyabrın 27-də başlayan Vətən müharibəsində savaşıb. Müharibənin ilk günü Murov istiqamətindəki döyüşlərdə şəhid olub. Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb. Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhidin atası 2012-ci ildə vəfat edib. Ailədə şəhidin tək bacısı qalıb.