Səfərbərlik Xidmətinin 40 əməkdaşının işini prokurorluq araşdırır

Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

turaninsesi.az” xəbər verir ki, Dövlət Xidmətinin 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu il 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilmə üçün Baş Prokurorluğa göndərilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI