“Sədərək” ticarət mərkəzinin sürücülərdən 50 qəpik giriş haqqı tələb etməsi qanunidirmi?
Avtomobil sürücülərindən alınan 50 qəpik icarə haqqıdır. Vergi Məcəlləsinə görə, icarə haqqına 14% dərəcəsi ilə vergi nəzərdə tutulur .
Qəbz verilmirsə, məlum məsələdir ki, heç bir halda uçot da aparılmır. Bu isə nəinki Sədərək Ticarət Mərkəzinin təqsiridir, eyni zamanda vergi orqanlarının da buna göz yummasıdır .
Vergi orqanları şəhərin mərkəzində, yaxud şəhər kənarında fəaliyyət göstərən sahibkarlara qarşı icarə haqqını az göstərdiklərinə, vergidən yayındıqlarına görə iş qaldırırlar .
Halbuki icarə haqqı barədə statistika da yoxdur… hansısa “ekspert”ə sifariş verir, həmin “ekspert” də heç bilinmir hansı meyarla yazır ki, guya burda icarə haqqı əslində çox olmalıdır.
Əvəzində vergi orqanı icarə haqqına görə mənə faiz də sayır, üstünə cərimə də. Faktiki olaraq, “Sədərək” Ticarət Mərkəzindən heç vergi də almırlar, ortada qəbz də yoxdur. Bu, vergi orqanlarının işindəki böyük qüsurdur.
Ekspert Əkrəm Həsənov