Qardaş ailə” layihəsi çərçivəsində şəhid Kamran Kazımovunailəsinin də Türkiyəyə səfəri təşkil olunub
Ailə Türkiyənin Bursa şəhərinin görməli yerlərini gəzib tanış olacaq.
Bu barədə ” turanın səsi ” nə Dövlət Sosial Müdafiə Fondundan məlumat daxil olub.
Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi baş leytenant Kamran Kazımovun ailə üzvləri Türkiyənin Bursa şəhərinə yola salınıb.
Səfərdən əvvəl DSMF və TÜİB-in nümayəndələri şəhidin ailə üzvləri ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıblar.
Görüşdə tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən Kamran Kazımovun xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Səfər çərçivəsində şəhidin ailəsini Bursa Böyükşəhər Bələdiyyəsinin sədri qəbul edəcək, Bursa Azərbaycan İnovasyon və Dayanışma Dərnəyi, Bursa Emniyet Müdirliyində görüşlər keçiriləcək. Ailə Bursa şəhərinin görməli yerlərini gəzib tanış olacaq.
“Qardaş ailə” layihəsi çərçivəsində bu günə qədər artıq 4 şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub.
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI