“Qarabağ”ın Macarıstana səfər planı açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın səfər planı bəlli olub.

BEY.AZ xəbər verir ki, “köhlən atlar” avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib – 1:1.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir