Prezidentdən “Yaşayış minimumu” haqda VACİB QƏRAR

Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
“turaninsesi.az” xəbər verir ki, sənədə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.
Bundan başqa, dövlət başçısı “Yaşayış minimumu haqqında” qanunla bağlı fərman imzalayıb.
Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.