Plastik cərrahlara möhlət bitdi – Neçə nəfər sənəd verib?

Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının plastik cərramlara verdiyi möhlət bitib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Yanvarın 31-dək komissiyaya 82 mütəxəssisin sənədləri daxil olub.

Bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI