Pensiya sistemində yenilik – Açıqlama

0

Azərbaycanda pensiya kapitalının birdəfəyə tam əldə edilməsi ilə bağlı müzakirələr aparılır. Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur.


Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməz. İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa təqdim edilir. Aylıq pensiya məbləği orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir.

Ancaq bəzi insanlar pensiya kapitalından tam yararlanmaq istəyir. Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. Ekspertlər deyir ki, yaxın gələcəkdə Azərbaycanda yaradılacaq özəl pensiya fondları vasitəsilə pensiya kapitalını birdəfəyə götürmək mümkün ola bilər.

Yəni insanlar məcburi dövlət sosial haqqı ilə bərabər özəl pensiya fonduna da vəsait ödəyə və əlavə pensiya kapitalı yarada biləcəklər. Azərbaycanda vətəndaşların məcburi dövlət sosial haqlarının bir hissəsini dövlət ödəyir. Ancaq özəl pensiya fondu yaradılacağı təqdirdə vəsaiti özü ödəməlidir. Bəzi dövlətlərdə özəl pensiya fondunda ödənişlərin bir hissəsini də dövlət ödəyir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun sözlərinə görə, özəl pensiya fondlarının yaradılması ilə bağlı normativ sənədlər üzərində iş gedir.

Turanın səsi ” in məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov özəl pensiya fondlarının müsbət cəhətləri olduğu kimi çətinliklərinin də olduğunu söyləyib:

“Dövlət Sosial Müdafiə Fonduna məcburi ödəniş həyata keçirilir. Çünki qanunvericilikdə bu, belədir. Əgər  vətəndaş özəl pensiya fondu vasitəsilə də yığım həyata keçirmək istəyirsə, əlavə ödəniş də etməli olacaq. Bəli,özəl pensiya fondlarının üstünlükləri var. Amma belə çətinlikləri də mövcuddur. Yəni vətəndaşda seçim hansı formada olacaq? Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial ödənişlərin həyata keçirilməsi üçün əlavə vəsait varmı ki, özəl fond üçün də həyata keçirsin?”.

Qeyd edək ki, hazırda işləyənlərin  məcburi dövlət sosial haqları əməkhaqqının 25 faizi həcmindədir. Dövlət  sektorunda işləyənlər əmək haqqının 3 faizi, özəl sektorda işləyənlər isə 10 faizi həcmində sosial sığorta ödəyirlər. Vətəndaşlar əgər özəl pensiya da almaq istəyirlərsə, bunun üçün əlavə ödəniş etməli olacaqlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə AzTV-yə söyləyib ki, özəl pensiya fondları gələcəkdə ölkə iqtisadiyyatında öz rolunu artıra bilər:

“Gələcəkdə müvafiq resurs təminatı olduqdan və infrastrukturla əlaqədar özəl pensiya fondlarının menecmenti ilə bağlı beynəlxalq və yerli standarlar təmin edilərsə, düşünürəm ki, özəl pensiya fondlarının həm yığım, həm investisya baxımdan rolu ölkə iqtisadiyyatında və ölkənin sosial həyataında artmış olacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir