Ombudsman Aparatı autizm spektr pozuntusu olanlar üçün maarifləndirmə kampaniyası keçirəcək

0

BMT-nin 2007-ci il 18 dekabr tarixli qətnaməsi ilə 2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib və bu ay maarifləndirmə ayı hesab olunur.

Turanın səsi ” xəbər verir ki , Ombudsman Aparatından  bildirilib ki, bununla əlaqədar aprel ayı boyunca Aparat və regional mərkəzləri tərəfindən autizm spektr pozuntusu olan insanlara dəstək məqsədilə fəal şəkildə maarifləndirmə kampaniyası həyata keçiriləcək.

“Autizmli insanların digərləri ilə münasibət, dostluq, ünsiyyət qurması ilə bağlı yanlış təsəvvürlər mövcuddur. Biz birlikdə bu yalnış stereotipləri qırmaqla inklüziv cəmiyyətə doğru inamla addımlaya bilərik. Çünki autizmlə dostluq etmək, ünsiyyət qurmaq, təhsil almaq, iş tapmaq, səmərəli asudə vaxt keçirmək və həyatda böyük uğur qazanmaq mümkündür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq bütün aidiyyəti dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına, mediaya, habelə özəl sektora və bütün ictimaiyyətə müraciət edərək onları elan etdiyimiz bu kampaniyaya qoşulmağa, xüsusi qayğıya ehtiyacı olan insanlara bərabər imkanların yaradılmasına töhfə verməyə çağırır və hər kəsi #AutizmləMümkündür həştəqini paylaşaraq fleşmobumuza qoşulmağa dəvət edirik”, – Ombudsman Aparatından bildirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir