Naxçıvanın yeni hakimi kimdir? – DOSYE

Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakimi təyin edilib.

Parlamentin sədri Sahibə Qafarova bu vəzifəyə Aida Əli qızı Hüseynin təyin olunmasına dair qərarı imzalayıb.

turaninsesi.az ” Naxçıvan MR Ali Məhkəməsinin yeni hakiminə dair maraqlı faktları təqdim edir:

Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub.

1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub.

2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.

Arzu Paşaqızı