NASA komandirindən etiraf: “Yanımdan bir UFO keçdi”

Son illərdə ABŞ-da UFO-larla bağlı iddialara yenisi əlavə edilib.

turaninsesi.az” xəbər verir ki, NASA astronavtı Leroy Çiao Texas üzərində uçarkən iki metal kürə formalı UFO gördüyünü açıqlayıb.

2004-2005-ci illərdə Beynəlxalq Kosmik Stansiyaya 10-cu ekspedisiyanın komandiri vəzifəsini yerinə yetirən Leroy Çiao bu obyektlərin 9 min fut yüksəklikdə uçarkən onun təyyarəsinin sol tərəfindən keçdiyini bildirib.

O, obyektlərdən birinin digərinin üstündə uçduğunu və hər birinin diametrinin təxminən 90 sm olduğunu söyləyib:

“Az qala qəzaya uğrayacaqdılar, amma xoşbəxtlikdən heç nə olmadı. Onlar qəzaya uğrasaydı, nəticə pis ola bilərdi. Hadisə o qədər tez baş verdi ki, qorxmağa belə imkanım olmadı”.

Keçmiş astronavt eyni zamanda bunların ABŞ-ın gizli hərbi texnologiyası ola biləcəyini də ehtimal edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI