Minaya düşərək həlak olan baş leytenant dəfn olunub

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

Turanın səsi ” in məlumatına görə, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.

Allah rəhmət eləsin!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir